CENTCOM: ABŞ İrana qarşı yeni hücumda ilk dəfə dəniz dronlarından istifadə edib

13.07.2026

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika hərbçiləri İrana qarşı ilk dəfə zərbə endirən dəniz dronlarından (kamikadze katerləri) istifadə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsindəki məlumatında qeyd olunduğu kimi, ABŞ Silahlı Qüvvələri təkcə uçan pilotsuz aparatlar deyil, həm də "ilk dəfə zərbə endirən dəniz dronlarını işə salıblar". Sözügedən silahlardan hansı miqyasda istifadə olunduğu və zərbələrin effektivliyi barədə hələlik məlumat verilmir.

CENTCOM həmçinin yenidən iddia edib ki, İran Hörmüz boğazına "nəzarət etmir".

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью