CENTCOM açıqladı: Yeni ABŞ təyyarədaşıyanı Yaxın Şərqə çatdı

20.08.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə fəaliyyət göstərən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində yaranan problemlərlə bağlı xəbərlər fonunda “USS George Washington” təyyarədaşıyan gəmisinin bölgəyə göndərildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, “George Washington” təyyarədaşıyan gəmisinin zərbə qrupu planlaşdırılan missiya çərçivəsində Yaxın Şərqə çatıb və komandanlığın əməliyyat bölgəsində fəaliyyətə başlayıb.

“USS Abraham Lincoln” gəmisinin hazırkı vəziyyəti ilə bağlı isə CENTCOM tərəfindən hələlik əlavə məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью