CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb

14.11.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fars körfəzi ölkələri Birləşmiş Ştatların mühafizəsi altında Hörmüz boğazından 1,7 mlrd. bareldən çox xam neftin daşınmasını həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yaxın Şərqdə regional sular üzərindəki hava məkanında patrul xidməti həyata keçirir. ABŞ-nin Fars körfəzindəki tərəfdaşları Amerikanın mühafizəsi altında Hörmüz boğazından 1,7 mlrd. bareldən çox xam neft daşıyıblar", - paylaşımda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью