Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 noyabr, AZƏRTAC
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ hərbi qüvvələri son bir neçə ay ərzində Fars körfəzindən 1,7 milyard bareldən çox xam neft daşıyan tankerlərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.
AZƏRTAC xəbər verir ki, komandanlığın bəyanatında deyilir: “ABŞ-nin dəstəyi və himayəsi ilə Fars körfəzindəki tərəfdaş ölkələr tərəfindən Hörmüz boğazından 1,7 milyard bareldən çox xam neft nəql edilib”.
Məlumata əsasən, ABŞ ordusu yayın əvvəlindən bəri 4000-dən çox ticarət gəmisini müşayiət edib. Həmçinin gəmilərin təhlükəsiz hərəkəti üçün boğazdakı əsas dəniz marşrutlarının minalardan təmizləndiyi bildirilir.