CENTCOM İran limanlarının blokadasından sonra üç gəmini sıradan çıxarıb

12.08.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının blokadası bərpa edildikdən bəri 59 kommersiya gəmisinin istiqamətini dəyişib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"USS George H.W. Bush (CVN 77) təyyarədaşıyan gəmisi İrana qarşı Amerika blokadasına riayət olunmasını təmin etməyə davam edir. Avqustun 12-nə olan məlumata görə, ABŞ qüvvələri blokadaya tam riayət olunmasını təmin etmək üçün 59 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və iki gəmiyə baxış keçirib", - məlumatda qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью