CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib

13.11.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Bəhreyndə ABŞ-a məxsus erkən xəbərdarlıq radarını məhv etməsi barədə iddiasını təkzib edib.

APA xəbər verir ki, CENTCOM bu barədə “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.

Bildirilib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn istiqamətində iki birtərəfli hücum dronu buraxıb. ABŞ qüvvələri hər iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Komandanlığın məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir zərər qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH Bəhreyn adasında ABŞ-a məxsus erkən xəbərdarlıq radarını məhv etdiyini açıqlamışdı. SEPAH hücumu İranın Hörmüzqan əyalətinin Sirik bölgəsində telekommunikasiya qülləsinə endirildiyini bildirdiyi zərbəyə cavab kimi təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью