Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman körfəzində baş verən insidentlə bağlı açıqlamasını təkzib edib.
Redaktor.az xəbər verir ki, CENTCOM bu barədə “X” sosial şəbəkəsində bəyanat yayıb.
Qurum İran qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə xəbərdarlıq atəşi açması və onları geri çəkilməyə məcbur etməsi barədə iddiaları “yalan” adlandırıb.
Bəyanatda qeyd olunub ki, İran qüvvələri ABŞ döyüş gəmilərinə nə hücum edib, nə də atəş açıb. CENTCOM vurğulayıb ki, belə bir hadisə baş versəydi, bu, atəşkəsin ciddi şəkildə pozulması kimi qiymətləndirilərdi.
ABŞ Mərkəzi Komandanlığı həmçinin bildirib ki, ABŞ qüvvələri regional sularda fəaliyyətini davam etdirir və dəniz əməliyyatları çərçivəsində sərbəst hərəkət imkanlarını qoruyur.
Aminə ŞAHSUVARQIZI