Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Yaxın Şərqdə iki ABŞ hərbi gəmisini vurması barədə yayılan məlumatları təkzib edib.
BAKU.WS xəbər verir ki, CENTCOM açıqlamasında heç bir ABŞ hərbi gəmisinin vurulmadığını bildirib.
Qeyd olunub ki, İran İnqilab Keşikçiləri Korpusunun ABŞ qüvvələrinə qarşı bütün hücum cəhdləri uğursuzluqla nəticələnib.
CENTCOM həmçinin son bir həftə ərzində İrana məxsus 10 neft tankerinin vurulduğunu açıqlayıb. Bildirilib ki, həmin gəmilər SEPAH-ın maliyyələşdirdiyi iddia olunan milyardlarla dollarlıq gizli şəbəkənin bir hissəsi olub.