CENTCOM rəhbəri İsrail Baş Qərargah rəisi ilə görüşüb

03.04.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) komandiri general Maykl Erik Kurilla İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ilə görüşüb.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək səviyyəli komandirləri ilə birgə görüş keçirilib, regiondakı strateji təhlükəsizlik məsələləri müzakirə edilib.

Qeyd edilib ki, görüş İsrail və ABŞ hərbi qüvvələri arasında möhkəm və strateji əlaqələrin bir daha gücləndirilməsinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью