CENTCOM SEPAH ın bəyanatlarını təkzib edib

30.07.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına hücum zamanı ABŞ-nin üç "F-35" qırıcısının məhv edilməsi barədə bəyanatını təkzib edib.

Moderator.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.

"İranın son hücumları zamanı heç bir ABŞ təyyarəsi məhv edilməyib və ya zədələnməyib. Bütün raketlər və pilotsuz uçuş aparatları zərərsizləşdirilib və ya hədəfə çatmayıb", - məlumatda deyilir.

Bundan başqa, CENTCOM SEPAH-ın Hörmüz boğazından keçən kommersiya gəmiləri üçün guya təhlükənin olması barədə iddialarını təkzib edərək, əsl təhlükənin elə SEPAH-ın özünün təhdidləri və hücum cəhdlərinin olduğunu bildirib.

ABŞ komandanlığı həmçinin "M/T Nora" kommersiya neft tankerinin guya ABŞ blokadasını yarması barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ABŞ Silahlı Qüvvələrinin regionda nəzarəti təmin etməyə davam etdiyini vurğulayıb.

"Kommersiya gəmisi ABŞ-nin blokadasını yarmayıb. 20-dən çox ABŞ hərbi gəmisi, yüzlərlə təyyarə və minlərlə hərbçi sayıqlığını qoruyur və blokadaya riayət olunmasını tam şəkildə təmin etməyə davam edir", - bəyanatda vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью