Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsindən keçən supertankerin minaya düşməsi ilə bağlı SEPAH-ın iddiasını təkzib edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı CENTCOM-un “X” hesabında məlumat verilib.
Bildirilib ki, Hörmüz boğazında heç bir gəmi minaya düşməyib.
“Bu, SEPAH-ın regional gəmiçiliyə dezinformasiya yolu ilə hədə-qorxu gəlmək məqsədi daşıyan daha bir təşəbbüsüdür”, - ABŞ Mərkəzi Komandanlığının məlumatında deyilir.