Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, xəritə CENTCOM-un “X” hesabında komandanlığın rəhbəri admiral Bred Kuperin regiona səfəri ilə bağlı paylaşımda dərc olunub.
Bildirilib ki, Kuper 10 gün ərzində Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Xəritədə bu altı ölkə mavi rənglə fərqləndirilib.
Admiral həmçinin Ərəb dənizində yerləşən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində olub.
CENTCOM xəritədə Qəzza zolağı və İordan çayının qərb sahilinin bu şəkildə göstərilməsinə dair açıqlama verməyib. Qurum ABŞ-ın Fələstin ərazilərinin statusu ilə bağlı mövqeyində hər hansı dəyişiklik olduğunu da bəyan etməyib.(Teleqraf)