Cənub bölgəsində Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

12.12.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənub bölgəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ilə bağlı müxtəlif anım tədbirləri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarında görkəmli dövlət xadiminin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.

Tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən bəhs ediblər.

Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, dövlət qurumlarının rəhbərləri, gənclər, şəhid ailələri və qazilər iştirak ediblər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın rifahının yüksəldilməsində və müasir Azərbaycanın qurulmasında oynadığı misilsiz rol bir daha vurğulanıb.

Anım tədbirləri çərçivəsində, həmçinin muzeylər və memorial yerlər ziyarət edilib, Ulu Öndərin irsi haqqında geniş məlumatlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью