Cənub bölgəsində işıq KƏSİLƏCƏK

20.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Astaranın Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.

Bu barədə Redaktor.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

"Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью