Cənub bölgəsində su anbarı tikilməlidir Cavanşir Paşazadə | Icma.az
Icma.az bildirir, Anews portalına istinadən. Cənub bölgəsində su anbarının tikilməsi vacibdir. Bunu deputat Cavanşir Paşazadə deyib.
"Bölgədə su anbarının tikilməsi vacibdir. Cənub zonasını yağışlı bölgə olduğunu nəzərə alıb yağış sularından əlverişli istifadə etmək olar.
Bölgədə olan Xanbulan ərazisində restoranlar da tikilib. Onlar kənd təsərrüfatı üçün problemlər yaradır.
Camaatın əli torpaqdan soyuyur", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat həmçinin kənd təsərrüfatı məhsullarının bazara çıxışı zamanı məhdudiyyətlər olduğunu diqqətə çatdırıb və hökumətin bu məsələyə diqqət ayırmasını xahiş edib.
Gülnar Nazimqızı www.anews.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu