Cənub klubunda yeni legioner

10.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Lənkəran" daha bir basketbolçunun transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi amerikalı Ceyden Faulkneri rənglərinə bağlayıb.

193 sm boya malik 24 yaşlı basketbolçu oyunqurucu mövqeyində çıxış edir. Bu onun karyerasında ilk peşəkar müqavilədir.

Qeyd edək ki, cənub təmsilçisi bundan əvvəl Maykl Karteri heyətinə qatıb, Mirməcid İsmayılovla yollarını ayırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью