Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Cənub-Şərqi Asiya ölkələrində torpaq sürüşməsi və daşqınlar 600-dən insanın həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə region ölkələrinin fövqəladə hallar xidmətləri məlumat yayıb. Son statistikaya görə İndoneziyada 435, Tailandda 170, Malayziyada isə 2 nəfərin ölümü təsdiqlənib.
Təbii fəlakətdən ən çox əziyyət çəkən İndoneziyada 406 nəfər itkin düşmüş hesab edilir. 213 mindən çox sakin təhlükəsiz zonalara təxliyə edilib. Malayziyada isə 19 min nəfər sığınacaqlara yerləşdirilib.
Təbii fəlakətlər Cənub-Şərqi Asiyada ümumilikdə 4 milyon nəfərin həyatına təsir edib.