Cənubi Afrika millisinin üzvü Sabah da RƏSMİ

09.06.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə müqavilə imzalayıb.

22 yaşlı futbolçu ilə 3+1 illik sözləşmə bağlanıb. Mərkəz müdafiəçisi Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Makkarti “Kayzer Çifs”in yetirməsidir. Gənc futbolçu həmçinin CAR-ın U-23 millisinin də üzvüdür.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью