525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Afrika Respublikasında əyləncə məkanına silahlı hücum təşkil edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum dünən yerli vaxtla saat 21:30 radələrində Yohannesburq şəhərinin qərbindəki bir əyləncə mərkəzinə olub. 8 silahlı şəxsin həyata keçirdiyi hücumda 17 nəfərin ölüb, 15 nəfər isə yaralanıb.
Şübhəlilər hadisə yerindən qaçmazdan əvvəl iki avtomobili yandırıblar.
Hadisə ilə bağlı polis araşdırması başlayıb.
İbrahim Cəfərov