Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mtxetva Parisdə yoxa çıxıb və itkin düşmüş elan olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Actu17" portalı polisdəki mənbəyə istinadən məlumat verib.
Məlumata görə, 58 yaşlı diplomatla sentyabrın 29-da günorta saatlarından sonra əlaqə qurmaq mümkün olmayıb. Səfirliyin təhlükəsizlik xidməti yalnız həmin axşam hüquq-mühafizə orqanları bununla bağlı məlumatlandırıb. Polis səfirin yaxınlarını dindirərək, araşdırmalara başlayıb.
Cənubi Afrika səfirliyi Orse sahilində, Parisin 7-ci dairəsindəki Fransa Xarici İşlər Nazirliyinin iqamətgahının yaxınlığında yerləşir. Portalın məlumatına görə, Mtxetvanın telefonu sonuncu dəfə paytaxtın qərbindəki 16-cı dairədə rayonda lokalizə edilib. İstintaq diplomatın yoxa çıxması ilə bağlı müxtəlif versiyaları araşdırır.
Mtxetva 2024-cü ilin fevralında Cənubi Afrikanın Fransadakı səfiri təyin edilib. 2009-2014-cü illərdə o, polis işləri üzrə nazir vəzifəsində çalışıb, daha sonra idman, incəsənət və mədəniyyət naziri kimi fəaliyyət göstərib.