Cənubi Afrikada 7,6 kilometr uzunluğunda, 696 vaqonlu qatar yola düşüb

23.11.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Cənubi Afrikada 7,6 kilometr uzunluğunda, 696 vaqonlu qatar yola düşüb

Bir yarımdan iki kilometrə qədər uzunluğunda olan tipik yük qatarı sürücüləri dəmir yolu keçidində uzun müddət gecikdirə bilər. Bununla belə adı çəkilən sahədə Cənubi Afrikanın dövlət dəmir yolu şirkəti Transnet Freight Rail tamamilə fərqli bir ustalıq nümayiş etdirib.

Orada təxminən 7,6 kilometr uzunluğunda 696 boş filiz vaqonundan ibarət qatar yola düşüb. Bu barədə autoNocion məlumat verib.

Nəhəng bir qatar Sişen mədəni ilə Saldanha körfəzi limanı arasındakı dəmir yolu xətti boyunca iki gün ərzində təxminən 860 kilometr məsafə qət etdi. Şirkət ən uzun yük qatarı üçün yeni bir dünya rekordu qazandı. Bu titul əvvəllər Avstraliya məxsus idi.

2001-ci ilin iyun ayında Avstraliyanın BHP şirkəti 682 yüklü vaqondan ibarət 7,35 kilometr uzunluğunda bir qatar hazırladı. Cənubi Afrika qatarı ondan 14 vaqondan çox və 200 metrdən uzun idi.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью