Cənubi Afrikada avtobus qəzasında 16 nəfər ölüb, 20 nəfər yaralanıb

02.07.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Cənubi Afrikanın Qərbi Keyp əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

AZƏRTAC Cənubi Afrika mediasına (İOL) istinadla xəbər verir ki, 73 sərnişini daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar magistral yolda hərəkət məhdudlaşdırılıb.

Qəzanın səbəbləri Cənubi Afrika Polis Xidməti və aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью