Cənubi Afrikada barda 17 nəfər öldürülüb

27.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Cənubi Afrikanın Qautenq əyalətində barda kütləvi atışma baş verib.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da axşam saat 21:30 radələrində əyalətin qərbində yerləşən Vedela rayonunda qeydə alınıb.
Polisin məlumatına görə, səkkiz silahlı şəxs əvvəlcə barın qarşısında olan insanlara atəş açıb. Daha sonra onlar bara daxil olaraq içəridəki müştərilərə də atəş açıblar.
İlkin məlumata əsasən, hücum edənlərin AK-47 avtomatları və tapançaları olub. Onlar bəzi müştərilərin evlərində axtarış aparıb və mobil telefonlarını götürüblər.
Daha sonra şübhəlilər şəxsiyyətləri və dövlət qeydiyyat nişanları müəyyən edilməyən iki avtomobillə hadisə yerindən qaçıblar. Hadisə zamanı iki avtomobil də yandırılıb.
Atışma nəticəsində 17 nəfər ölüb. Onlardan 13-ü kişi, 4-ü qadındır. Daha 15 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti barədə məlumat açıqlanmayıb.
Hücumun motivi hələlik məlum deyil. Polis hadisə ilə bağlı xüsusi istintaq qrupu yaradıb. Fakt üzrə 17 nəfərin qəsdən öldürülməsi, 15 nəfərin öldürülməsinə cəhd və əmlaka qəsdən ziyan vurma ilə bağlı cinayət işləri başlanıb.
Hazırda hadisə ilə bağlı heç kim saxlanılmayıb. Axtarış və istintaq tədbirləri davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью