Cənubi Afrikada dünyanın ən qəribə almazları tapıldı

28.09.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Cənubi Afrikada tərkibində demək olar ki, qeyri-mümkün kimyəvi birləşmələr olan bir cüt almaz tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə focus.ua məlumat yayıb.

Elm adamları parıldayan daşların çox ziddiyyətli materiallardan ibarət olduğunu aşkar ediblər.

CAR-dakı bir mədəndə kəşf edilən, Yer qabığının yüzlərlə kilometr dərinliyində əmələ gələn almazlar tamamilə fərqli kimyəvi şəraitdə yaranan materialların elementlərini daşıyırlar. Bu birləşmə o qədər qeyri-adidir ki, elm adamları bir vaxtlar onların mövcudluğunu demək olar ki, qeyri-mümkün hesab edirdilər.

Tədqiqatçıların fikrincə, almazların tərkibində bu maddələrin olması mantiyada gedən kimyəvi proseslərə, eləcə də almazları yaradan reaksiyaların daha aydın anlaşılmasına yol açır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью