525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Afrikanın Şimal-Qərbində, Rustenburg yaxınlığındakı Nkaneng bölgəsindəki qanunsuz mədəndə qaya uçqunu baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 14 mədənçi həyatını itirib. Onların əksəri Lesoto vətəndaşıdır. Həmçinin 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Polis və xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.
İbrahim Cəfərov