Cənubi Afrikada qanlı hadisə: 6 Lesoto vətəndaşı həlak olub

04.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Cənubi Afrikanın Meyerton şəhəri yaxınlığında minibusun atəşə tutulması nəticəsində 6 Lesoto vətəndaşı həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı yerli polis açıqlama yayıb.

Polisdən bildirilib ki, hücum heç bir səbəb olmadan həyata keçirilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı 3 şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью