Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Afrikanın Kvazulu-Natal əyalətində baş verən kütləvi atışma nəticəsində səkkiz nəfər həlak olub.
Bakıvaxtı.az Cənubi Afrikanın Sanews informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə bazar günü gecə Svitvoters şəhərinin Mabane ərazisində qeydə alınıb. Polis hadisə yerində güllə izləri olan avtomobil aşkarlayıb. Nəqliyyat vasitəsinin içərisində çoxsaylı güllə yaraları almış səkkiz kişinin meyiti aşkarlanıb.
Polisin məlumatına görə, hadisə ilə bağlı araşdırma aparılır, şübhəlilərin axtarışı davam etdirilir. Həlak olanların şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Cənubi Afrikada silahlı zorakılıq ciddi təhlükəsizlik problemlərindən biri olaraq qalır. Rəsmi statistikaya görə, 2025-ci ilin aprel-iyun aylarında ölkədə 5427 nəfər qətlə yetirilib.