Cənubi Afrikada zəncirvari yol qəzası: 21 nəfər həlak olub

14.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Cənubi Afrikanın Qərbi Keyp əyalətində iki mikroavtobus və bir universal avtomobilin toqquşması nəticəsində 21 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Yol Hərəkətinin İdarə Edilməsi Korporasiyası məlumat yayıb.

Hadisənin səbəbləri və qəzanın digər təfərrüatları barədə hələlik məlumat verilməyib. Araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью