Cənubi afrikalı atlet Akani Simbine Useyn Boltun rekordunu qırdı

18.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Cənubi afrikalı sprinter Akani Simbine 11 mövsüm ard-arda 100 metr məsafəni 10 saniyədən az müddətə qət edərək yamaykalı Useyn Boltun rekordunu qırıb.

Oxu.Az "Track & Field Gazette"yə istinadən xəbər verir ki, 31 yaşlı Simbine Botsvanada keçirilən yarışda 100 metr məsafəni 9.90 saniyəyə qət edib.

Səkkizqat Olimpiya çempionu və dünya rekordçusu (9.58) Bolt 10 mövsüm ard-arda 100 metr məsafəni 10 saniyədən az müddətə qət edib.

Şəxsi rekordu 9.82 saniyə olan Simbine Paris Olimpiadasında 4x100 metr estafetdə gümüş, 2025-ci il qış çempionatında isə 60 metr məsafədə bürünc medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью