Cənubi Afrikanın sabiq prezidenti beş gündür xəstəxanadadır

11.10.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Ceykob Zuma beş gündür xəstəxanada müalicə alır.

Redaktor.az xəbər verir ki, 84 yaşlı siyasətçi oktyabrın 7-də KwaZulu-Natal əyalətinin Pitermaritsburq şəhərindəki özəl xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, onun vəziyyəti ağır olub. Lakin oktyabrın 9-da səhhəti sabitləşib. Oktyabrın 10-dan etibarən Zuma hərbi həkimlərin də daxil olduğu tibbi heyətin nəzarətinə götürülüb.

Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ceykob Zuma 2009–2018-ci illərdə CAR-ın prezidenti olub. Hazırda o, ölkənin əsas müxalifət qüvvələrindən biri olan “Umkhonto we Sizwe” (MK) partiyasına rəhbərlik edir. Noyabrın 4-də ölkədə yerli seçkilərin keçirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью