Cənubi Amerikada ən bahalı transfer gerçəkləşir

09.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Cənubi Amerikada ən bahalı transfer gerçəkləşir

Rusiya klubu “Zenit”in yarımmüdafiəçisi Jersonun Braziliyanın “Kruzeyro” klubuna transferi başa çatmaq üzrədir.

QOL.az xəbər verir ki, bu keçid reallaşacağı təqdirdə Cənubi Amerika klubları tarixində ən bahalı transfer kimi qeydə alınacaq.

Məlumata görə, futbolçu artıq tibbi müayinədən keçmək üçün Braziliyaya yollanıb. Transferin ümumi məbləğinin bonuslarla birlikdə 30 milyon avro olacağı gözlənilir. Bu məbləğin 27 milyon avrosu əsas ödəniş, 3 milyon avrosu isə bonuslar təşkil edir.

Qeyd edək ki, indiyədək Cənubi Amerikada ən bahalı transfer Viktor Rokenin “Barselona”dan “Palmeyras”a keçidi (25,5 milyon avro) hesab olunurdu. Jerson bu göstəricini geridə qoyacaq.

Xatırladaq ki, braziliyalı futbolçu “Zenit”ə ötən yay qoşulub. O, Sankt-Peterburq təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 2 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью