Cənubi Azərbaycanda neçə azərbaycanlı yaşayır?: 50 milyon, yoxsa 19 milyon?.. ARAŞDIRMA

04.02.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir...”

Moderator.az aktuallığını nəzərə alaraq tədqiqatçı Araz Şəhrilinin “Cənubi Azərbaycanda nə qədər azərbaycanlı yaşayır?” başlıqlı növbəti araşdırma yazını dəyərli oxucuların müzakirəsinə buraxır: 

İranda, xüsusilə Cənubi Azərbaycanda yayaşan azərbaycanlıların sayı barədə məlumatlar həmişə qeyri-dəqiq olub. Məsələn, SSRİ dövrünə aid nəşrlərdə İran azərbaycanlılarının sayı 7 milyon civarında göstərilirdi. Şayiə formasında dolaşan xəbərlərə görə, bu rəqəm 20 milyona yaxın idi. Azərbaycan müstəqillik qazandıqdan sonra İranda əvvəlcə 20 milyon, sonra 25 milyon, ardınca 30 milyon, nəhayət, 35-40 milyon azərbaycanlının yaşaması barədə məlumatlar yayıldı. Bugün iddia edilir ki, İrandakı azərbaycanlıların sayı artıq 50 milyon nəfərdir. 

Bəs həqiqi vəziyyət necədir? İranda yaşayan azərbaycanlıların sayını müəyyən etmək mümkündürmü? Zənnimizcə, bunu edə bilərik. Amma bəri başdan vurğulayaq ki, əldə edəcəyimiz rəqəmlər təxmini, lakin reallığa yaxın olacaq. Bunun üçün İran ostanlarındakı demoqrafik vəziyyətə nəzər salmalıyıq. İranda 31 ostan var. Onları əlifba sırası ilə təqdim edirik:

1.Buşəhr ostanı: ərazisi - 22.743 km, əhalisi - 1.174.000 nəfər.

2.Cənubi Xorasan ostanı: ərazisi - 151.913 km, əhalisi - 786.000 nəfər.

3.Çahar-Mahal və Bəxtiyar ostanı: ərazisi - 16.332 km, əhalisi - 973.000 nəfər.

4.Əlburz ostanı: ərazisi - 5.833 km, əhalisi - 2.730.000 nəfər.

5.Ərdəbil ostanı: ərazisi - 17.800 km, əhalisi - 1.284.000 nəfər.

6.Fars ostanı: ərazisi - 122.608 km, əhalisi - 4.904.000 nəfər.

7.Gilan ostanı: ərazisi - 14.042 km, əhalisi - 2.546.000 nəfər.

8.Gülistan ostanı: ərazisi - 20.367 km, əhalisi - 1.893.000 nəfər.

9.Həmədan ostanı: ərazisi - 19.493 km, əhalisi - 1.756.000 nəfər.

10.Hörmüzgan ostanı: ərazisi - 70.697 km, əhalisi - 1.806.000 nəfər.

11.Xuzistan ostanı: ərazisi - 64.055 km, əhalisi - 4.725.000 nəfər.

12.İlam ostanı: ərazisi - 20.164 km, əhalisi - 591.000 nəfər.

13.İsfahan ostanı: ərazisi - 107.018 km, əhalisi - 5.136.000 nəfər.

14.Kirman ostanı: ərazisi - 183.285 km, əhalisi - 3.184.000 nəfər.

15.Kirmanşah ostanı: ərazisi - 24.998 km, əhalisi - 2.003.000 nəfər.

16.Kohgiluyə və Boyar-Əhməd ostanı: ərazisi - 15.504 km, əhalisi - 728.000 nəfər.

17.Kürdistan ostanı: ərazisi - 29.137 km, əhalisi - 1.614.000 nəfər.

18.Qərbi Azərbaycan ostanı - ərazisi - 37.437 km, əhalisi - 3.278.000 nəfər.

19.Qəzvin ostanı: ərazisi - 15.567 km, əhalisi - 1.284.000 nəfər.

20.Qum ostanı: ərazisi - 11.526 km, əhalisi - 1.300.000 nəfər.

21.Luristan ostanı: ərazisi - 28.294 km, əhalisi - 1.784.000 nəfər.

22.Mazandaran ostanı: ərazisi - 23.833 km, əhalisi - 3.302.000 nəfər.

23.Mərkəzi ostanı: ərazisi - 29.127 km, əhalisi - 1.436.000 nəfər.

24.Rəzəvi Xorasan ostanı: ərazisi - 118.884 km, əhalisi - 6.444.000 nəfər.

25.Simnan ostanı: ərazisi - 97.491 km, əhalisi - 715.000 nəfər.

26.Sistan və Bəlucistan ostanı: ərazisi - 180.726 km, əhalisi - 2.777.000 nəfər.

27.Şərqi Azərbaycan ostanı: ərazisi - 45.650 km, əhalisi - 3.925.000 nəfər.

28.Şimali Xorasan ostanı: ərazisi - 28.434 km, əhalisi - 868.000 nəfər.

29.Tehran ostanı: ərazisi - 18.814 km, əhalisi - 13.323.000 nəfər.

30.Yəzd ostanı: ərazisi - 76.469 km, əhalisi - 1.156..000 nəfər.

31.Zəncan ostanı: ərazisi - 21.773 km, əhalisi - 1.103.000 nəfər.

Qeyd:

Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təxmini sayı:

1.Ərdəbil ostanında əhalinin təxminən 95 faizi, yaxud 1.220.000 nəfəri azərbaycanlıdır.

2.Həmədan ostanında əhalinin təxminən 60 faizi, yaxud 1.054.000 nəfəri azərbaycanlıdır.

3.Qərbi Azərbaycan ostanında əhalinin təxminən 77 faizi, yaxud 2.524.000 nəfəri azərbaycanlıdır.

4.Qəzvin ostanında əhalinin təxminən 52 faizi, yaxud 668.000 nəfəri azərbaycanlıdır.

5.Şərqi Azırbaycan ostanında əhalinin təxminən 97 faizi, yaxud 3.807.250 nəfəri azərbaycanlıdır.

6.Zəncan ostanında əhalinin təxminən 90 faizi, yaxud  993.000 nəfəri azərbaycanlıdır.

Nəticə: 

Cənubi Azərbaycanda təxminən 10.266.250 nəfər azərbaycanlı yaşayır.

İranın digər ostanlarında yaşayan azərbaycanlıların təxmini sayı:

1.Buşəhr ostanında əhalinin təxminən 2 faizi, yaxud 24.000 nəfəri azərbaycanlıdır.

2.Cənubi Xorasan ostanında azərbaycanlı, demək olar ki, yoxdur.

3.Çahar-Mahal və Bəxtiyar ostanında əhalinin təxminən 18 faizi, yaxud 176.000 nəfəri azərbaycanlıdır.

4.Əlburz ostanında əhalinin təxminən 39 faizi, yaxud 1.065.000 nəfəri azərbaycanlıdır.

5.Fars ostanında əhalinin təxminən 14 faizi, yaxud 687.000 nəfəri azərbaycanlıdır.

6.Gilan ostanında əhalinin təxminən 19 faizi, yaxud 484.000 nəfəri azərbaycanlıdır.

7.Gülistan ostanında əhalinin təxminən 34 faizi, yaxud 625.000 nəfəri türkmən, təxminən 8 faizi, yaxud 151.440 nəfəri Xorasan türküdür.

8.Hörmüzgan ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 1.000 nəfəri azərbaycanlıdır.

9.Xuzistan ostanında əhalinin təxminən 3.4 faizi, yaxud 161.000 nəfəri azərbaycanlıdır.

10.İlam ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 600 nəfəri azərbaycanlıdır.

11.İsfahan ostanında əhalinin təxminən 11 faizi, yaxud 565.000 nəfəri azərbaycanlıdır.

12.Kirman ostanında əhalinin təxminən 1 faizi, yaxud 32.000 nəfəri azərbaycanlıdır.

13.Kirmanşah ostanında əhalinin təxminən 2 faizi, yaxud 40.000 nəfəri azərbaycanlıdır.

14.Kohgiluyə və Boyar Əhməd ostanında əhalinin təxminən 7.2 faizi, yaxud 53.000 nəfəri azərbaycanlıdır.

15.Kürdistan ostanında əhalinin təxminən 4.1 faizi, yaxud 66.000 nəfəri azərbaycanlıdır.

16.Qum ostanında əhalinin təxminən 30 faizi, yaxud 390.000 nəfəri azərbaycanlıdır.

17.Luristan ostanında əhalinin təxminıən 0.5 faizi, yaxud 9.000 nəfəri azərbaycanlıdır.

18.Mazandaran ostanında əhalinin təxminən 2.5 faizi, yaxud 83.000 nəfəri azərbaycanlıdır.

19.Mərkəzi ostanında əhalinin təxminən 21 faizi, yaxud 301.000 nəfəri azərbaycanlıdır.

20.Rəzəvi-Xorasan ostanında əhalinin təxminən 5.5 faizi, yaxud 355.000 nəfəri Xorasan türkü, təxminən 0.3 faizi, yaxud 20.000 nəfəri türkməndir.

21.Simnan ostanında əhalinin təxminən 1.5 faizi, yaxud 11.000 nəfəri azərbaycanlıdır.

22.Sistan və Bəlucistan ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 3.000 nəfəri azərbaycanlıdır.

23.Şimali Xorasan ostanında əhalinin təxminən 50 faizi, yaxud 434.000 nəfəri Xorasan türkü, təxminən 5.3 faizi, yaxud 46.000 nəfəri türkməndir.

24.Tehran ostanında əhalinin təxminən 35 faizi, yaxud  4.663.000 nəfəri azərbaycanlıdır.

25.Yəzd ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 6.000 nəfəri azərbaycanlıdır.

Nəticə: 

İranın digər 25 ostanında təxminən 8.820.600 nəfər azərbaycanlı, 940.440 nəfər Xorasan türkü, 691.000 nəfər türkmən yaşayır. Siyahıdan göründüyü kimi, Əlburz (39%), Fars (14%), Gilan (19%), Gülistan (42%), İsfahan (11%), Qum (30%), Mərkəzi (21%), Şimali Xorasan (55.3%) və Tehran (35%) ostanlarında əhalinin əhəmiyyətli hissəsi türklərdir. Bu ostanlardan yalnız Əlburz, Gilan və Mərkəzi ostanlarının Cənubi Azərbaycan ostanlarına birbaşa çıxışı var. Qum və Tehran ostanları isə Əlburz və Mərkəzi ostanları ilə həmsərhəddir. Gülistan, Şimali Xorasan və Rəzəvi Xorasan ostanları Türkmənistan və Əfqanıstan sərhədlərində yerləşir.

Qeyd:

Xorasan türkləri əslində azərbaycanlı və qızılbaş olsalar da, onları bəzən türkmən, bəzən isə özbək hesab edirlər. Lakin çox vaxt sadəcə Xorasan türkü adlandırırlar.

Beləliklə, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir. Onların tən yarısı Cənubi Azərbaycanda, 20 faizi Tehran şəhərində, 30 faizi isə ölkənin müxtəlif vilayətlərində yaşayır.

Müəllif: tədqiqatçı Araz Şəhrili

03.02.2026.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью