Cənubi Çin dənizində gəmi batdı: 23 dənizçi itkin düşüb

26.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Çin dənizində Vyetnama məxsus KHOI NGUYEN18 gəmisinin batması nəticəsində 23 dənizçi itkin düşüb.

BAKU.WS Sinxua agentliyinin məlumatına istinadən xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə baş verib. Gəminin göyərtəsində ümumilikdə 62 ekipaj üzvü olub.

Çin xilasediciləri dənizdən 39 nəfəri xilas ediblər. Ekipaj üzvlərinin bir qismi isə xilasedici sal vasitəsilə Nanşa adaları akvatoriyasına çatmağa müvəffəq olub.

Hazırda itkin düşən 23 dənizçinin axtarışları davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Çində tayfun təhlükəsi ilə əlaqədar 710 mindən çox insan təxliyə edilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью