Cənubi Koreya ABŞ hərbi təlimi zamanı yaşayış məntəqəsinə aviasiya mərmisi düşüb: 15 nəfər…
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Cənubi Koreyada ABŞ ilə keçirilən birgə hərbi təlim zamanı Poçhon qəsəbəsinə 4 aviasiya bom
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın YTN televiziyası məlumat yayıb.
Hadisə martın 6-da yerli vaxtla səhər saat 10:00 radələrində baş verib. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.
Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayaraq, hərbi hava qüvvələrinin 2 ədəd KF-16 təyyarəsinin pilotlarının təlim zonasından kənarda olan yaşayış məntəqəsinə səhvən 8 mərmi atdığını bildirib.
Xəsarət alanlardan ikisi əsgər, ikisi əcnəbi, qalanı qəsəbə sakinidir. Mərmi partlayışları qəsəbədəki kilsə və digər 7 tikiliyə ziyan vurub.
Həmin tikililərədn 50-dan çox adam təxliyə edilib. Cənubi Koreyanın hərbi hava qüvvələri insidentə görə üzr istəyib.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ Peçon ərazisində, Şimali Koreya ilə sərhədlə yaxınlıqda real döyüş atışı təlimləri keçirir.
Təlimlərə 160 ağır texnika, o cümlədən tank, özüyeriyən artilleriya qurğuları, helikopter və qırıcı təyyarələr cəlb olunub.
Tam oxu
Xəbəri oxu