Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

18.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 18 iyun, AZƏRTAC

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın təhdidlərinə qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədilə hərbi hava təlimləri keçirib.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın hərbi hava qüvvələrinin açıqlamasına görə ölkənin cənubunda keçirilən təlimlərə Cənubi Koreyanın F-15K, ABŞ-ın F-16 və Yaponiyanın F-2 qırıcıları cəlb olunub.

“Təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirmək, Şimali Koreya tərəfindən artan nüvə və raket təhdidlərinin qarşısını almaq, Koreya yarımadasında və bütövlükdə bölgədə sülh və sabitliyi qorumaq məqsədi ilə keçirilib”, - deyə Cənubi Koreya hərbi hava qüvvələrinin açıqlamasında vurğulanır.

Qeyd edək ki, bu, İ Ce Myunqun Cənubi Koreyada prezident seçilməsində sonra keçirilən ilk üçtərəfli hərbi təlimdir. Sonuncu dəfə üçtərəfli təlim yanvarda keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью