Cənubi Koreya DÇ yə əzmkar qələbə ilə başladı

12.06.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il Dünya Çempionatının A qrupunda keçirilən qarşılaşmada Cənubi Koreya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Bununla da Avropa təmsilçisi önə keçib. Lakin Cənubi Koreya qısa müddətdə cavab verib. 68-ci dəqiqədə Hvanq Hi-Çan tarazlığı bərpa edib.

Matçın qəhrəmanı isə 80-ci dəqiqədə səhnəyə çıxıb. Hyon-Gyu O rəqib qapısına yol taparaq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra Cənubi Koreya hesabına ilk 3 xalı yazdırıb. Çexiya isə DÇ-yə məğlubiyyətlə başlayıb.

Qrupun növbəti turunda Cənubi Koreya ev sahibi Meksika ilə, Çexiya isə Cənubi Afrika ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью