Cənubi Koreya DeepSeek yükləmələrini qadağan edir

17.02.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyada Çin mərkəzli bir şirkət tərəfindən hazırlanan süni intellekt modeli "DeepSeek" tətbiqi qadağan olunub.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Fərdi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) məlumat yayıb.

Məlumata əsasən, dünyanın bir çox ölkəsində təhlükəsizlik narahatlıqları səbəbi ilə sözügedən tətbiqin fəaliyyətinə məhdudiyyət qoyulub. Bu ölkələrdən biri də Cənubi Koreyadır.

Komissiya  qadağanın Cənubi Koreya tərəfindən qoyulduğunu açıqlayıb.

Qeyd edək ki, Avstraliya, ABŞ, İtaliya, Nyu-York və Texas ştatları, Hollandiya və Danimarkada da "DeepSeek"in müəyyən ərazilərdə istifadəsi qadağan  olunub.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью