Cənubi Koreya dronları uzaqdan aşkarlayacaq radar sistemini sınaqdan keçirib

17.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

Cənubi Koreya cümə axşamı bildirib ki, bir neçə kilometr məsafədə yerləşən dronları aşkarlaya bilən yeni radar texnologiyasını uğurla sınaqdan keçirib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə İnkişafı Agentliyi (ADD) açıq havada süni intellektə əsaslanan fotonik radar texnologiyasından istifadə edərək uzaq məsafədə kiçik dronları uğurla aşkarladığını bildirib. Agentlik hərbi təhlükəsizliyə istinad edərək, pilotsuz uçuş aparatının dəqiq məsafəsi və ölçüsü də daxil olmaqla, sınaqla bağlı əlavə təfərrüatları açıqlamayıb.

Cənubi Koreya 2022-ci ildən bəri mövcud optik avadanlıqdan istifadə etməklə müəyyən edilə bilməyən dron təhlükələrinə daha yaxşı cavab vermək üçün radar texnologiyasını inkişaf etdirməyə çalışır. ADD-nin məlumatına görə, son texnologiya ordunun kəşfiyyat imkanlarını gücləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью