Cənubi Koreya Google və Apple ı cərimələdi

28.10.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Cənubi Koreyada "Google” və "Apple” şirkətləri tətbiq mağazalarındakı mövqelərindən sui-istifadə etdikləri iddiası ilə ümumilikdə 47,5 milyon dollar cərimələniblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Koreya Media və Kommunikasiya Komissiyasının apardığı araşdırma nəticəsində şirkətlərin tətbiq tərtibatçılarını öz ödəniş sistemlərindən istifadə etməyə məcbur etdikləri müəyyən edilib.

Komissiyanın məlumatına görə, şirkətlər kənar internet saytları vasitəsilə ödənişlərə mane olub, alternativ ödəniş sistemlərindən istifadə edən tərtibatçılardan isə 26 faiz komissiya alıblar. Həmçinin tətbiqlərin yoxlanılması prosesində gecikmələrə yol verildiyi bildirilib.

Nəticədə "Google” 32 milyon dollar, "Apple” isə 15,5 milyon dollar cərimələnib. Hər iki şirkətə Cənubi Koreyalı tərtibatçıların tətbiqlərində kənar ödəniş keçidlərinə icazə vermək və yoxlama prosedurlarını təkmilləşdirmək tapşırılıb.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью