Cənubi Koreya hərbçiləri sərhədi keçən Şimali Koreya əsgərlərinə atəş açıblar

08.04.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreya əsgərləri sərhədi keçən Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar.

Oxu.Az-ın "AP News"a istinadən xəbərinə görə, bu barədə Cənubi Koreya rəsmiləri məlumat veriblər.

Məlumata görə, Şimali Koreya əsgərləri sərhədin şərq hissəsində hərbi demarkasiya xəttini pozublar.

Cənubi Koreya hərbçilərinin bildirdiyinə görə, 10 Şimali Koreya əsgəri xəbərdarlıq atəşindən sonra Şimala qayıdıb.

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın hərəkətlərini yaxından izlədiklərini qeyd ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью