Cənubi Koreya KXDR qoşunlarının demarkasiya xəttini keçdiyini iddia edir

08.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

10-a yaxın Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsgərindən ibarət qrup Cənubi Koreya ilə sərhəddəki hərbisizləşdirilmiş zonada hərbi demarkasiya xəttini keçiblər və onlara xəbərdarlıq atəşi açıldıqdan sonra öz ərazilərinə qayıdıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən Yonhap xəbər agentliyi məlumat yayıb.

Hadisə yerli vaxtla 17:00 (12:00) radələrində baş verib. Cənubi Koreya tərəfi əvvəlcə texniki vasitələrdən istifadə edərək xəbərdarlıq edib, daha sonra xəbərdarlıq atəşi açıb. Şimali Koreya qoşunları demarkasiya xəttinin özlərinə ad hissəsinə - şimalına qayıdıblar.

Hadisənin ölkənin şərqində baş verdiyi bildirilir. Komitə bəyan edib ki, onlar KXDR ordusunun fəaliyyətini diqqətlə izləyir və əməliyyat reqlamentinə uyğun olaraq lazımi tədbirlər görürlər.

Bir gün əvvəl komitənin rəsmi nümayəndəsi iddia etmişdi ki, təxminən 1500 KXDR əsgəri sərhəddə ərazilərin təmizlənməsi və tikanlı məftillərin quraşdırılması da daxil olmaqla iş aparıb. Komitədən verilən məlumatda qeyd edib ki, Cənubi Koreya tərəfi heç bir qeyri-adi fəaliyyət müşahidə etməyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью