Cənubi Koreya KXDRə əzələ nümayiş etdirir KONKRET

25.11.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Koreya Respublikası Hərbi Hava Qüvvələri F-35A gizli qırıcıları da daxil olmaqla, təxminən altmış təyyarənin iştirak edəcəyi “Uçuşan Qartal” adlı təlimə başlayıb.

KONKRET.az xəbər verir ki, sonuncu belə təlim bu ilin may ayında baş tutub. Əvvəlkindən dərqli olaraq hazırkı təlimdə təxminən 190 hərbçi iştirak edir. Təlimlərə  F-15K, KF-16 döyüş təyyarələri habelə  KC-330 tanker-nəqliyyat təyyarəsi və E-737  xəbərdarlıq və nəzarət təyyarəsi daxil edilib.Təlim Seuldan 110 km cənubda yerləşən Cheongju aviabazasında başlayıb və noyabrın 29-dək davam edəcək. Cənubi Koreya hərbçiləri müxtəlif ssenarilər əsasında müdafiə hərəkətləri həyata keçirəcək. Təlimdə peyk görüntülərində “düşmən təhdidlərinin əlamətlərinin” tapılması, qeyd edilməsi üzərində işlənilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью