Cənubi Koreya lideri Trampdan Koreya yarımadasına sabitlik gətirməsini istəyib

25.08.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton, 25 avqust, AZƏRTAC

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya Prezidenti Li Çje Men arasında görüş keçirilir.

AZƏRTAC-ın məlumatına görə, görüş zamanı Cənubi Koreya lideri ABŞ-ın təkcə sülhü qoruyan deyil, həm də sülhü yaradan ölkə olduğunu bildirib.

Onun sözlərinə görə, Avropa, Asiya, Afrika və Yaxın Şərqdə bir sıra münaqişələr Trampın rol oynaması ilə başa çatıb.

“Siz dünyada yeganə liderlərdənsiniz ki, belə nailiyyət əldə etmisiniz. Koreya yarımadası hazırda eyni xalqın ikiyə bölündüyü yeganə yerdir. Mən sizin bu yarımadaya sabitlik gətirməkdə də rol oynamağınızı istərdim. İstəyərdim ki, Kim Çen İnlə görüşəsiniz. Koreya xalqının sizdən böyük gözləntiləri var”,- deyə

Li Çje Men əlavə edib.

Məlahə Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью