Cənubi Koreya liderinin artıq siyasi gələcəyi yoxdur Time

06.12.2024

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu fikir “Time” jurnalında dərc olunan məqalədəndir.
Məqalə müəllifi belə hesab edir ki, Cənubi Koreya lideri gözlənilmədən ölkədə hərbi vəziyyət elan etmək və bir neçə saat sonra bu qərarı geri götürməklə nəinki öz ölkəsini, btün dünyanı heyrətə salıb: "Bundan sonra Yoon Seok Yeolun artıq heç bir siyasi gələcəyi olmayacaq. Bu il müxalifətdə olan "Toburo" Demokratik Partiyası parlamentdə yerlərin əksəriyyətini qazandıqdan sonra prezidentin mövqeyi zəifləyib".
Nəşr xatırladıb ki, Yoon Seok Yeolun qalmaqallı beş illik prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Lakin indi müxalifət qüvvələri ölkə liderinin uğursuz avantüradan sonra istefa verməyəcəyi təqdirdə, ona impiçment elan etməyi planlaşdırılar.
Xatırladaq ki, Yoon Seok Yeol dekabrın 3-ü axşam saatlarında hərbi vəziyyət elan etmişdi. Lakin altı saat sonra parlament səsvermənin nəticələrini qəbul edərək hərbi vəziyyəti ləğv etdi.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью