Cənubi Koreya məhkəməsi dekabrın 27də prezidentə qarşı impiçment dinləmələrinə başlayacaq

17.12.2024

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreya məhkəməsi dekabrın 27-də prezidentə qarşı impiçment dinləmələrinə başlayacaq


Cənubi Koreyanın Konstitusiya Məhkəməsi dekabrın 27-də prezident Yoon Seok Yeolun parlament impiçmenti ilə bağlı ilk hazırlıq dinləmələrini keçirəcək, Yonhap xəbər agentliyi xəbər verir.

Hazırlıq iclası, eləcə də sonrakı proseslər ictimaiyyət üçün açıq olacaq. Yoon Seok Yeol məhkəmədə iştirak etməlidir.

Məhkəmə prezidentin impiçmenti üzrə məhkəmə prosesinin prioritet olacağını bildirib.

Konstitusiya Məhkəməsinin impiçmentin qüvvədə saxlanması və Yoon Seok Yeolun vəzifəsindən uzaqlaşdırılması və ya yenidən vəzifəsinə qaytarılması barədə qərar vermək üçün 180 gün vaxtı var. Qərar qəbul olunarsa, Yoon 2017-ci ildə keçmiş prezident Pak Kın Hedən sonra hakimiyyətdən uzaqlaşdırılan ikinci prezident olacaq. Bu, 60 gün ərzində keçiriləcək növbədənkənar prezident seçkilərinə səbəb olacaq.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью