Cənubi Koreya müxalifəti dekabrın 7də impiçment səsverməsi keçirməyi planlaşdırır

05.12.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Koreya Respublikası Milli Assambleyasında çoxluğa nəzarət edən Toburo Demokratik Partiyası dekabrın 7-də prezidentin impiçmenti ilə bağlı təklifə səs vermək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Dekabrın 7-də saat 19.00 radələrində impiçment üzrə səsvermənin keçirilməsi qərara alınıb”, - deyə partiyadan bildirilib. Təşəbbüs təsdiqlənərsə, işə Konstitusiya Məhkəməsi baxacaq.

İmpiçment sənədi yerli vaxtla dekabrın 5-də gecə yarısından sonra plenar iclasda təqdim olunduğundan, səsvermənin artıq dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilirdi. Hüquqi qaydalar səsvermənin plenar iclasdan sonra 24 saatdan tez və 72 saatdan gec olmayaraq keçirilməsini tələb edir.

Dekabrın 3-ü axşam saatlarında Koreya Respublikasının Prezidenti Yun Seok-yeol “Şimali Koreya tərəfdarı olan elementlərlə” mübarizə aparmaq üçün gözlənilmədən hərbi vəziyyət tətbiq edib və bu vəziyyət təxminən altı saat sonra ləğv edildi. Müxalifət dekabrın 4-də Yoon Seok Yeolun hərbi vəziyyət üçün əsas olmadığı üçün konstitusiyanı pozduğuna inanaraq impiçment proseduruna başlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью