Cənubi Koreya özünün “Dəmir günbəz”ini yaradır AZƏRTAC

20.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekin, 20 yanvar, AZƏRTAC

Cənubi Koreya Şimali Koreyanın raket-artilleriya hücumlarından müdafiə olunmaq üçün özünün "Dəmir günbəz"ini yaratmağa başlayıb.

AZƏRTAC Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyasına (DAPA) istinadla xəbər verir ki, İsrailin “Dəmir günbəz”inə bənzər hava hücumundan müdafiə sistemi 2028-ci ilədək hazır olacaq.

Aşağı hündürlükdə hava hücumundan müdafiə sisteminin (LAMD) hazırlanması layihəsinin büdcəsi 480 milyard Koreya vonu (təxminən 329 milyon ABŞ dolları) qiymətləndirilir. Layihəyə Müdafiə İnkişafı Agentliyi, “LİG Nex1 Co”, “Hanwha Aerospace Co” və “Hanwha Systems Co” kimi şirkətlərə də cəlb olunacaq.

Qeyd edək ki, Cənubi Koreyanın “Dəmir günbəz”i Şimali Koreyanın mümkün raket-artilleriya hücumlarına qarşı müdafiə qabiliyyətinin gücləndirilməsi işlərinin bir hissəsidir. Belə ki, paytaxt Seul da daxil olmaqla Cənubi Koreyanın Şimali Koreya ilə sərhədə yaxın əraziləri sıx məskunlaşmış bölgəsidir. Şimali Koreyanın sərhəd zonasında xeyli sayda raket və uzunmənzilli artilleriya qurğuları yerləşdirməsi Cənubu narahat edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью