Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib

03.12.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yun Sok-Yöl tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

300 deputatdan 190-ı Seulda daha öncə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan parlament binasına daxil ola bilib və səsvermə keçirib.

Prezidentin tətbiq etdiyi hərbi vəziyyət çərçivəsində ölkədə istənilən siyasi fəaliyyət, o cümlədən partiyaların işi, mitinqlərin keçirilməsi qadağan edilib, bütün KİV hərbçilərin nəzarətindədir.

Səsvermədən sonra Cənubi Koreya parlamentinin sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.

Məhdudiyyətlərin götürülüb-göndərilməyəcəyi bəlli deyil.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью