Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib

18.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmpiçmenti nəticəsində səlahiyyətləri dayandırılan Cənubi Koreya prezidenti Yun Sok-Yöl qiyam işi ilə bağlı polisin dindirilmə prosesinə gəlməyib.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Yun Sok Yöl dekabrın 3-də hərbi vəziyyət elan edərək qiyama təhrik etmə təşəbbüsündə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью