Cənubi Koreya prezidenti istefa verəcəyini vəd edib

07.12.2024

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, bu barədə hakim "Xalqın Gücü" partiyasının lideri Han Donq Hun məlumat verib.

"Prezident Yun, taleyini partiyaya etibar etdiyini bəyan edərək, əslində, erkən istefa vermək öhdəliyini üzərinə götürüb", - deyə Han Donq Hun bildirib.

O, prezidentin hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyinə inandığını vurğulasa da, partiya üzvlərinin səsverməni boykot etdiyini qeyd edib.

Qeyd edək ki, ölkənin Milli Assambleyasında Prezident Yun Sok Yola impiçment elan etmək üçün kifayət qədər səs toplamaq mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью